• çərşənbə axşamı, 19 mart, 07:36
  • Baku Bakı 8°C

Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

19.01.20 20:33 730
Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".
MSK sədri bildirib ki, hazırda bu proses davam edir və rəqəmlər artacaq.
banner

Oxşar Xəbərlər