• cümə, 26 Aprel, 13:16
  • Baku Bakı 23°C

Parlament seçkiləri ilə bağlı MSK-nın “qaynar xətti”nə bir neçə müraciət daxil olub

09.02.20 10:51 446
Parlament seçkiləri ilə bağlı MSK-nın “qaynar xətti”nə bir neçə müraciət daxil olub
Bu gün keçirilən Milli Məclisə seçkilərlə əlaqədar indiyə qədər Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətti”nə bir neçə sorğu xarakterli müraciət daxil olub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib. O bildirib ki, MSK-nın "qaynar xətt”i aktivdir və indiyə qədər bir neçə müraciət daxil olub: "Həmin müraciətlərin bir neçəsi əsasən məlumat xarakterlidir. Müraciətlər operativ olaraq cavablandırılıb”.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.
banner

Oxşar Xəbərlər