Parlament nümayəndə heyəti Belçikada
Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.
Nümayəndə heyətinin ilk görüşü bu gün Avropa
İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin həmsədri, Avropa
Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub. Görüşdə Cənubi
Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan
parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə
olunmuş, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hazırlanan yeni əməkdaşlıq
müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası
Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA-da Azərbaycan
nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr
şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev iştirak etmişlər.
Milli Məclisin nümayəndə heyətinin Avropa
Parlamentinə səfəri davam edir.