AZE | RUS | ENG |

Parlament futbol komandamız beynəlxalq turnirin qalibi olub

Parlament futbol komandamız beynəlxalq turnirin qalibi olub
Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

"İnter Arena”da keçirilən final oyununda Azərbaycan və Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov va Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə çıxıb. Matçın 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib.

Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub.
 
Mükafatları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim ediblər.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışıblar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000