• cümə axşamı, 18 aprel, 13:43
  • Baku Bakı 22°C

Parkcinema-da yeni 3D eynəkləri

16.01.14 14:02 2652
Parkcinema-da yeni 3D eynəkləri
Ölkənin ilk və yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema tamaşaçılarına yeni, ən müasir 3D eynəkləri istifadəyə verib. Bazarda müasir kinoteatrlar və multiplekslər üçün 3D həlləri təqdim edən Fransanın Volfoni şirkəti tərəfindən istehsal olunmuş polyarizasiyalı eynəklər Volfoni Smart Crystal passiv sistemi ilə istifadə olunması üçün yaradılıb.
Hələ ötən ay Park Cinema Park Bulvar multipleksinin bir neçə zalında avadanlıq və ekranlar dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdu. Bu tədbirlər öz müsbət təsirini təsvir və səsdə tapıb. Alınan passiv 3D eynəklər - yeni gümüş ekranlarda qüsursuz nümayişin təminatıdır. Eynəklərin istehsalında istifadə olunan materiallar da 3D təsvirin əla keyfiyyətini təmin edir.
Nou-haunun üstünlüklərinə eynəklərin rahatlığı da aiddir. Yüksək keyfiyyətli polyarizatordan istehsal olunmuş və kinostudiyalar tərəfindən təsdiq edilmiş linzalar təsvirin parlaqlığı və çatdırdığı təbii rənglərlə seçilir. Bütün bunlar, eleqant və möhkəm dizayn cəmi 15 qram çəkidə.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təmin olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim edilib.
Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
banner

Oxşar Xəbərlər