• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

Park Сinema Bakıda İMAX kinoteatr açmağa hazırlaşır

30.04.14 13:59 1905
Park Сinema Bakıda İMAX kinoteatr açmağa hazırlaşır
Artıq bir ildir ki, fəaliyyətdə olan kinoteatr kino həvəskarlarını sevindirir. Altı zaldan ibarət ikinci kinoteatrın açılışı 2013-cü ilin aprel ayında Metro Park TƏM-də baş tutmuşdu. Bu təntənəli hadisə ötən yaz şəhərimizin həyatında baş verən ən önəmli hadisələrdən biri idi.
Bir il müddət ərzində kinoteatrın artım göstəriciləri xeyli yüksəlib və işçi heyəti 2014-cü ildə də yalnız əsaslı və məqsədyönlü inkişafa doğru istiqamətlənib. İlk altı ay müddətində kinoteatra gələnlərin sayı ayda 18 min nəfər idisə, növbəti altı ayda bu göstərici iki dəfə artaraq, gözlənilən nəticələri 50% üstələyib. Bir il müddətində burada 200-dən artıq yeni film göstərilib.
Park Cinemadan bildiriblər ki, kinoteatr şəbəkəsinin uğurlu fəaliyyəti sayəsində nəhayət insanlarda kino mədəniyyətini bərpa etmək mümkün olub.
Şəbəkənin direktoru Namiq Quliyev bildirib ki, tamaşaçıların sayı artdıqca, filmlərш Azərbaycan dilində də izləmək mümkün olacaq: “Biz bu rəqəmə gündən-günə yaxınlaşırıq. Bu il daha iki meydançanın açılmasını planlaşdırmışıq: Zaqulba TƏM-də dörd zaldan ibarət kinoteatr və Bakıda Flame Towers kompleksində İmax kinoteatr”.
Qeyd edək ki, Park Cinema kino sənayesinin ən müasir və qabaqcıl texnologiyalarını tətbiq edən, kinoproyeksiya avadanlığı və audiosistem sahəsində ən son yeniliklərdən istifadə edən kinoteatrlar şəbəkəsidir.
Şəbəkənin kinoteatrlarında dünya kinoprokatının ən son filmləri nümayiş etdirilir, müntəzəm şəkildə jurnalist və blogerlər üçün baxışlar və digər mədəni-kütləvi tədbirlər keçirilir. Hər kinoteatrda müştəriləri müasir interyer, rahat kafe və barlar, yüksək səviyyəli xidmət və müxtəlif əyləncələr gözləyir.
Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən - http://www.facebook.com/ParkCinema - əldə etmək olar.
Fərəh Sabirqızı
banner

Oxşar Xəbərlər