AZE | RUS | ENG |

“Park Cinema”da “Birkart Dolby Atmos” zalı açılıb və “Bamblbi” filminin qapalı nümayişi olub

“Park Cinema”da “Birkart Dolby Atmos” zalı açılıb və “Bamblbi” filminin qapalı nümayişi olub
Dekabrın 10-da "Metropark” AVM-də yerləşən "Park Cinema” kinoteatrında iki önəmli hadisə baş verib. "Birkart Dolby Atmos” zalının açılması ilə yanaşı, rejissor Trevis Naytın "Bamblbi” filminin qapalı nümayişi keçirilib. "Park Cinema” Azərbaycanın ən texnologiyalı kinoteatrlar şəbəkəsinin renomesini saxlayır. Şəbəkənin tərkibində və yaxud ailəsində ("Park Cinema”nın əməkdaşları bu termindən daha çox istifadə edir) "Park Bulvar”da yerləşən "LaseR” və "Flame Towers”də fəaliyyət göstərən "IMAX 3D” zallarına daha bir üzv – "Birkart Dolby Atmos” zalı daxil olub. "Dolby Atmos” sistemi tamaşaçıya filmi hərtərəfli hiss etməyə imkan verir. Məhz buna görə "Dolby Atmos”un devizi "Görüntünü eşit” ifadəsidir. "Park Cinema”nın açılış üçün etdiyi seçim təsadüfi deyil: "Transformerlər” franşızasının prikveli kimi hesab olunan "Bamblbi”nin özəlliklərindən biri məhz səs effektləridir. "Paramount Pictures” kinoşirkəti filmə göstərilən ilkin reaksiya ilə tam razı qala bilər. Çünki "Bamblbi” artıq ilk tamaşaçılarının rəğbətini qazana bilib. "Tamaşaçı filmdən hərtərəfli həzz almalıdır. Heç bir səs, heç bir kadr, heç bir saniyə onun diqqətindən qaçmamalıdır. Bunun üçün tamaşaçının yeganə köməkçisi texnologiyalar ola bilər” – deyə, "Park Cinema” kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev bildirib. Premyeranın əsas sürprizlərindən biri Bamblbi robotunun gəlməsi oldu. Ajiotaj o qədər yüksək idi ki, filmin posterinin yanında olan balaca bir yerdə qonaqların əksəriyyəti yığışıb. Onlar, filmin əsas qəhrəmanının "canlı performansı”nı gözləmirdilər. Premyerada qonaq qismində ssenarist və rejissor, Azərbaycanın xalq artisti Ramiz Fətəliyev ("Yaramaz”, "Altıncı”, "Təzə evlənənlər üçün çətir”), aktyor, rejissor, Azərbaycanın xalq artisti Rafiq Əliyev ("Lətifə”, "Bir anın həqiqəti”), Rotterdamdakı nüfuzlu festivalın iştirakçısı "Duz-istiot zövqə uyğun” filminin rejissoru Teymur Hacıyev, rejissor Emin Mirabdullayev, "Parni iz Baku” teatrının aktyoru Azər Məmmədzadə və başqaları çıxış edib. "Bamblbi” Azərbaycanda geniş yayıma dekabrın 13-də çıxacaq. Biletləri "Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916