• şənbə, 20 Aprel, 08:16
  • Baku Bakı 14°C

Park Cinema-dan biletlərin bronunda yenilik

07.07.14 13:08 1522
Park Cinema-dan biletlərin bronunda yenilik
Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema kinosevərləri xoş sürprizlərlə təəccübləndirməkdə davam edir. Bu dəfə PLATINIUM toplanma bonus kart sahiblərini yenilik gözləyir.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev Platinium bonus kart sahiblərinin biletlərin alışı zamanı inzibati bron imkanından yararlana biləcəklərini qeyd edib: “Bu, Azərbaycanda ilk dəfə tətbiq olunur. İndiyədək istənilən bir müştəri bron etdiyi bileti seansın başlanmasına ən geci 40 dəqiqə qalmışa qədər almazdısa, həmin bron ləğv olunurdu. İyulun 10-dan etibarən Platinium kart sahibləri bron etdikləri bileti seansın başlandığı an belə əldə edib filmi seyr etmək imkanı qazanırlar”.
Park Cinema kinoteatrlar şəbəkəsinin bonus proqramına 2012-ci il noyabrın 30-dan etibarən start verilib. Hazırda 115 min kart istifadəçisi var. Qızıl kart sahiblərinin sayı 1000, platinium kart sahiblərinin sayı isə 500 nəfər təşkil edir.
“Bonus proqramına başladıqda, bu sistemin kinosevərlər üçün faydalı olacağına inanırdıq. Lakin iki ildən sonra bonus proqramının miqyası bizim bütün gözləntilərimizi üstələdi. Kart sahiblərinin sayının artması vətəndaşların Park Cinema kinoteatrlar şəbəkəsinə üstünlük verməsinin ən yaxşı nümunəsidir”, - deyə N.Quliyev söyləyib.
Qeyd edək ki, hazırda standart, gold və Platinium kartları mövcuddur. İlkin mərhələdə, “kart” öz sahibin hesabına, ümumi biletin dəyərinin 7.5% bal miqdarında güzəşt qazandırır. Kartın balansına 20 manat toplandıqda isə təzə GOLD kartı əldə edib balların toplanmasına davam edə, yaxud da 10% güzəşt ilə balları biletlərə dəyişə bilər. Növbəti PLATİNUM mərhələyə keçmək üçün bonusları 50 manat məbləğinə çatdırmaq lazımdır. PLATİNUM kartı ümumi məbləğdən 12.5% güzəşt qazandırır. Mövcud kartlar gələcəkdə şəbəkənin yeni açılacaq kinoteatrlarında da istifadə oluna biləcək.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
F.Əliyeva
banner

Oxşar Xəbərlər