• cümə, 29 Mart, 10:43
  • Baku Bakı 5°C

Parisdən Londona gedir

22.05.18 10:25 650
Parisdən Londona gedir
"Arsenal” yeni baş məşqçi məsələsini həll edib.
Kaspi.az xəbər verir ki, "topçular”ın "sükanı” arxasında Arsen Vengeri Unai Emeri əvəz edəcək. İspan mütəxəssis bir neçə gün əvvəl PSJ-dən ayrılıb.
Artıq klubla mütəxəssis arasında bütün şərtlər razılaşdırılıb. Emerinin təyinatı bu həftə ərzində rəsmən açıqlanacaq.
Emeri PSJ ilə Fransa çempionluğunu, 2 dəfə Fransa kubokunu, 2 dəfə Fransa Liqa kubokunu, 2 dəfə Fransa Superkubokunu qazanıb. O, "Sevilya”da işləyərkən 3 dəfə Avropa Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər