• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

Parisdən gedə biləcəyinə işarə verdi

20.05.19 13:30 529
Parisdən gedə biləcəyinə işarə verdi
PSJ-nin futbolçusu Kilian Mbappe komandanı tərk edə bilər.
Kaspi.az xəbər verir ki, Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib. O, mükafatlandırma mərasimində çıxış edərkən PSJ-ni tərk edə biləcəyinə işarə vurub:
"Bu, mənim üçün olduqca vacib məqamdır. Hesab edirəm ki, karyeramda birinci və ya ikinci ən həlledici məqama yaxınlaşmışam.
Burda çox şey öyrəndim. İndi isə hesab edirəm ki, artıq məsuliyyəti üzərimə götürmək vaxtıdır. Bu, PSJ-də də ola bilər. Burda olduğum üçün şadam. Ancaq başqa bir layihədə də yer ala bilərəm”.
Mbappe PSJ-də 207-ci ildən çıxış edir. O, iki mövsümdə 2 dəfə Fransa çempionu olub.
banner

Oxşar Xəbərlər