• cümə axşamı, 25 aprel, 18:26
  • Baku Bakı 21°C

Parisdə "Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub

23.11.18 16:35 797
Parisdə "Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub
Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası çərçivəsində "Bakı Ekspo 2025" layihəsinin yekun təqdimatı olub.
Trend-in məlumatına görə, bu gün Büro "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcək. Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri də namizəddir.
Qalib gizli səsvermə yolu ilə seçiləcək. Beynəlxalq Sərgilər Bürosunun reqlamentinə əsasən, səslərin 2/3-si və daha çoxunu qazanan şəhər qalib olacaq. Əgər birinci turda namizədlərdən heç biri seçilməsə, ən çox səs toplayan iki şəhər ikinci - həlledici raunda keçəcək.
18 il ərzində BSB-nin 6 "Ekspo" sərgisində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir.
Əgər səsvermədə Bakı qalib gəlsə, "Ekspo 2025" Ümumdünya Sərgisi paytaxtımızda 10 may - 10 noyabr 2025-ci il tarixində, 6 ay ərzində keçiriləcək. Bu, BSB-nin regionda təşkil ediləcək ilk Ümumdünya Sərgisi olacaq.
Xatırladaq ki, "Ekspo” 170-dən çox ölkənin iştirakı ilə 5 ildən bir təşkil edilən ən böyük beynəlxalq sərgidir. Sərgidə ölkələrin elm, texnika, memarlıq və incəsənət sahələrində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.
Qeyd edək ki, "Ekspo 2020” sərgisi Dubayda keçiriləcək.
banner

Oxşar Xəbərlər