• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Parisdə Azərbaycan Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş foto sərgi keçirilir - Fotolar

18.05.17 12:20 1614
Parisdə Azərbaycan Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş foto sərgi keçirilir - Fotolar
ParisdəAzərbaycan Respublikasının 99-cu ildönümünəhəsr olunmuş "Azərbaycana səyahət” adlı foto sərgi açılıb.

2 may 2017-ci il ParisdəAzərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evi təskilatçılığı ilə"Azərbaycana səyahət” adlı foto sərginin vernissajı keçirilmişdir. Sərgi Şərq vəTürkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilətəşkil olunmuşdur. Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibiParis Azerbaycan Evinin sedri Mirvari Fətəliyeva acaraq qonaqlara sərginin məqsədi barədəməlumat vermiş, fotoların muəlliflərini təqdim etmişdir.

Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri ElçinƏmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı vətarixi barədədanışmış bu günün ölkə tarixindəki çox mühüm bir gün olduğunu qeyd etmişdir.

Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean François Mansel öz növbəsində Azərbaycan Fransa dostluqəlaqələrinin getdikcədaha da genişləndiyini vəAzərbaycanın məhz bu kimi tədbirlər sayəsindəFransada daha da tanındığını, vurğulamışdır.

SərgidəAzərbaycan fotoqrafları Vuqar Ibadov, Etibar Cəfərov vəKərim Abbasovun fotolarından teqdim olunub. Azerbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələriniəks etdirən fotolar seyricilər tərəfinden geniş rəğbətlə qarşılanmışdır.

Tədbridə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistləri, şirkət rəhbərləri və diaspora nümayəndələri iştirak etmişdir.

Mayın 2-dəaçılan sərgi 31-əkimi davam edəcək.









banner

Oxşar Xəbərlər