• cümə, 29 Mart, 19:07
  • Baku Bakı 14°C

Paris meriyasına seçkilərlə bağlı sosial sorğu keçirilib

15.09.19 16:40 522
Paris meriyasına seçkilərlə bağlı sosial sorğu keçirilib
Fransada 2020-ci ilin mart ayında bələdiyyə seçkilərinin birinici turu keçiriləcək. Seçki ilə bağlı İfop-Fudicial şirkətinin keçirdiyi sosial sorğunun nəticələrinə görə, Parisin hazırkı meri Ann Hidalqo birinci yerdədir.
AZƏRTACxəbər verir ki, "İrəli, Respublika” siyasi partiyasının namizədi Benjamin Qrivo (17%) ilə həmin partiyadan olan Sedrik Villani (15%) 2-ci və 3-cü yerləri bölüşürlər. Respublikaçılar Partiyasının namizədi Raşida Dati 14 faiz səslə dördüncü yerdədir.
Qeyd edək ki, Paris şəhərinin meri vəzifəsinə seçilmək üçün 12 nəfər namizədliyini irəli sürüb.

banner

Oxşar Xəbərlər