• şənbə, 20 Aprel, 16:18
  • Baku Bakı 23°C

"Parad Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir"

15.09.18 14:52 515
"Parad Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir"
"Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 1918-ci il 15 sentyabr tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirir”. BunuSİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə etmişdir: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.
V.Rəhimzadə qeyd edib ki, Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri kimi 15 sentyabr 1918-ci il Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak, eser-menşevik, bolşevik əsarətindən xilas etdiyi gündür: "Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik quldur dəstələrindən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri, sözün əsl mənasında, azərbaycanlı qardaşlarına kömək oldular. Onlar Bakının işgalçılardan azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdilər”.
Baş redaktor Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Bakıda keçirilən Hərbi Parada da münasibət bildirib: "Parad Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Hesab edirəm ki, həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən Parad Azərbaycanın iqtisadi gücünün, hərbi potensialının, imkanlarının nə qədər böyük olduğunun göstəricisidir. Bu doğurdan da hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradır və Azərbaycanın nə qədər müasir şəkildə inkişaf etdiyini göstərir”.
banner

Oxşar Xəbərlər