AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Papanin»ə gedənlərin nəzərinə!

«Papanin»ə gedənlərin nəzərinə!

Təfsilat
04 Dekabr 2012, 13:17 1619
Bakının daha bir küçəsi bağlanır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq Bakının Nəsimi rayonu ərazisində Cəlil Məmmədquluzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Asif Məhərrəmov küçəsinədək olan hissəsi (Mərkəzi Hərbi Klinik Hospitalın (keçmiş Papanin hospitalı) yanından körpüyə qədər) dekabrın 5-dən qeyri-müəyyən müddətədək tam bağlanacaq.

Hazırda yolun bağlanması üçün hazırlıq işləri görülür.

Sürücülərdən bu istiqamətə alternativ yollardan istifadə etmələri xahiş olunur.