• şənbə, 20 Aprel, 18:42
  • Baku Bakı 24°C

Pandemiyanın ikinci dalğası gələ bilər

31.05.20 19:00 499
Pandemiyanın ikinci dalğası gələ bilər
Koronavirus pandemiyasının ikinci dalğası payızda digər yuxarı tənəffüs yolları infeksiyaları ilə birgə gələcək.SİAxəbər verir ki, bu açıqlama İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətindən (Rospotrebnadzor) gəlib.
"Rospotrebnadzor”un sədri Anna Popova "Rossiya 1” telekanalında qonağı olduğu azərbaycanlı aparıcı Nailə Əsgərzadənin proqramında bildirib ki, ikinci dalğa daha şiddətli olacaq.
"Bizə görə ən çox ehtimal edilən ssenarilərdən biri koronavirusun ikinci dalğasının payızda kəskin tənəffüs çatışmazlığı infeksiyalarının artdığı dövrdə ortaya çıxmasıdır. Xəstəliyin payızda artacağı böyük ehtimaldır və bu, bizi narahat edir. Koronavirusun digər tənəffüs yolları virusları ilə qarışıb yeni infeksiya verib-verməyəcəyini hesablamağa çalışırıq”, - Popova qeyd edib.
O bildirib ki, bu durum qətiyyətli şəkildə hazırkı mövsüm qrip peyvəndləməsi aparmağa məcbur edir: "Hər iki xəstəliyin bir xəstədə rast gəlinməsi arxiv ədəbiyyatlarında mövcuddur. Buna görə də payızda insanları necə qoruyacağımızı indidən düşünməyə başlamışıq”.
banner

Oxşar Xəbərlər