• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Pandemiyanın bank sektoruna yaratdığı problemlər

17.07.20 18:19 1451
Pandemiyanın bank sektoruna yaratdığı problemlər
Ekspertlər deyirlər ki, qısa müddətli dövr üçün narahatlığa ehtiyac yoxdur

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız presedenti olmayan xarici şoklarla üzləşib: "Həyata keçirilən islahatlar və pandemiyadan irəli gələn çağırışlara vaxtında və tam adekvat cavab verilməsi situasiyanı effektli idarəetməyə imkan yaratmışdır. Makroiqtisadi situasiya, maliyyə bazarları da bu çağırışlara məruz qalmışdır. Biz bilirik ki, neftin qiymətində, qeyd olunduğu kimi, əhəmiyyətli düşmə baş verdi. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb. Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır. Bütövlükdə banklarda situasiya bir qədər pisləşib, biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir”.
Bəs görəsən pandemiya bank sektorumuza hansı problemləri yaradıb? Mövcud şəraitdə yenidən hansısa bankın lisenziyası əlindən alına bilərmi?
İqtisadçı ekspert Pərviz Heydərovdeyir ki, pandemiya şəraitində bank sektorunda likvidliyin aşağı düşməsi təbii haldır: "Amma bu sektordakı bütün problemləri təkcə pandemiyaya bağlamaq olmaz. Bank sahəsində vəziyyət bundan əvvəl də kifayət qədər problemli idi. Bu sektor hələ keçən il yenicə özünə gəlməyə başlamışdı. Belə ki, dövlət başçısının problemli kreditlər məsələsinə müdaxilə etməsi sayəsində oldu. Problemli kreditlər məsələsinin həllindən sonra belə demək olarsa bank sektorunda az da olsa canlanma müşahidə olunmağa başladı. Amma mart ayından başlayaraq məlum səbəbə görə ölkə iqtisadiyyatı ciddi problemlə üzləşdi. Bir sıra iqtisadi fəaliyyət sahələrinin dayanması, neftin qiymətinin aşağı düşməsi vəziyyəti yenidən qəlizləşdirdi. Bu da təbii olaraq özünü ilk növbədə bank sektorunda göstərməli idi və göstərdi. Bildiyimiz kimi karantin rejimində vəziyyət elə bir həddə çatdı ki, dörd bank öz lisensiyasını itirmək məcburiyyətində qaldı. Mərkəzi Bank bu qərarı bir qədər yubada bilərdi. Proseslərin məhz sərt karantin rejiminə təsadüf etməsi əhalidə narahatlıq doğurdu. Ona görə də bir çoxları öz vəasitini banklardan geri çəkdi. Əgər bu vəziyyət davam edərsə və böhranlı şərait dərinləşərsə, iqtisadiyyatın bir çox sahələri kimi bank sektorunda da vəziyyət xeyli pisləşəcək. Hazırda fəaliyyət göstərən 26 bank var. Onların əksəri ciddi problemlərlə üz-üzədir. Amma hələlik həmin banklar sektorda öz müvainəzitini saxlaya bildikləri üçün ilin sonuna kimi hansısa bankın bağlanma ehtimalı yoxdur. Amma qeyd etdiyim kimi, böhranlı vəziyyət dərinləşərsə bu sektorda daha ciddi probelmlər yarana bilər”.
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimliqeyd etdi ki, hazırki situasiyada bank sektorunda gedən proseslərə ikitərəfli yanaşmaq lazımdır: "Mövcud şəraitdə iqtisadi aktivlik istər-istəməz xeyli aşağı düşüb. Bankların kredit vəsaitlərinə ehtiyac da aşağı düşdü. Digər tərəfdən, ölkədə dörd bankın bağlanmasından sonra əhalinin bir qismi öz vəasitini banklardan çəkdi. İnsanlar banklardakı vəsaitini valyutaya çevirərək nağdlaşdırmağa üstünlük verir. Bütün bunlar bankların likvidliyə təsir edir. Düzdür, pandemiya bank sektoruna mənfi təsir göstərib. Amma bu sektorda ən azı qısa müddət ərzində ciddi təhlükə gözlənilmir. Əgər pandemiya uzun müddət davam edərsə və sərt karantin rejimi uzun müddətə uzadılarsa, bank sektorunda ciddi problemlər yarana bilər. Qısa müddətli dövr üçün narahatlığa ehtiyac yoxdur. Yəni qısa müddət ərzində hansısa bankın likvidliyi aşağı düşdüyünə görə lisenziyasıının əlindən alınacağını düşnmürəm”.
Şəbnəm
banner

Oxşar Xəbərlər