• şənbə, 20 Aprel, 16:17
  • Baku Bakı 23°C

Pandemiyailə mübarizə Azərbaycanın səhiyyəsini daha da gücləndirdi

05.09.20 21:00 740
Pandemiyailə mübarizə Azərbaycanın səhiyyəsini daha da gücləndirdi
"Azərbaycan COVİD-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdəndir. Mübarizənin ilk günlərindən, bu xəstəlik meydana çıxandan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun yaylmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində bütün lazımi qabaqlayıcı kompleks tədbirlər həyata keçirildi. Məhz belə operativ, çevik, məqsədə hesablanmış qətiyyətli addımlar və Prezident İlham Əliyevin fövqalədə bacarıqları sayəsində bu gün xəstəlik nəzarət altındadır”.
Bu barədə millət vəkili Tamam Cəfərova "Kaspi” qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan dünya üzrə ən yaxşı nəticələr nümayiş etdirir. Deputatın sözlərinə görə, ölkəmizin koronavirusla mübarizə istiqamətində gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi vurğulanıb: "Koronavirus pandemiyası ilə mübarizənin məqsədi, təbii ki, insanların həyatının qorunmasıdır. "Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”. Bu sözlər Ölkə Başçısının öz vətəndaşına olan münasibətini özündə dəqiq ehtiva edir. Bu baxımdan səhiyyə sisteminin vəziyyəti, imkanları, bu mübarizəyə hazır olması çox vacibdir. Dünya təсrübəsi göstərdi ki, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemləri COVİD-19 pandemiyası adlı "qəfil qonağı”, daha doğrusu gözəgörünməyən düşməni qəbul etməyə hazır deyildi. Qürurla deyə bilərik ki,COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmizin səhiyyə sistemi ən böyük imtahanı verdi və verməkdə davam edir. Azərbaycan Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnib. Cənab Prezidentin dediyi kimi, "Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir””.
Millət vəkili deyib ki, məhz vaxtında görülən bu işlər ölkəmizin səhiyyə sisteminn tez bir zamanda koronavirusla mübarizənin çağrışlarına uygunlaşdırılmasına, onun daha da güclənməsinəvə fövqəladə vəziyyətdə işləməyə hazır olmasına imkan verib: "Pandemiya dövründə Azərbaycan səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi haqqında ətraflı məlumatı avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev verib: "Bildirməliyəm ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır”. Cənab Prezidentin sözlərinə görə, hazırda COVİD xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir və bulardan 41-i son 17 il ərzində inşa edilib. 600 çarpayılıqYeni Klinikada hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir və daha 7 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Ehtiyat variantı kimi ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirılib və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Laboratoriyaların sayını 45-ə çatdırılıb və ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.
Deputat T.Cəfərova xüsusi vurğulayıb ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir: "Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Təkcə onu demək kifayətdir ki, COVİD xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Millət vəkili qeyd etdi ki, pandemiya ilə mübarizənin əsas qəhramanları həkimlərimizdir. Pandemiya ilə mübarizənin "ön cəbhəsində” təmsil olunan mülki xəstəxanalarımız pandemiyanın qarşısının alınması üçün "hərbi” vəziyyətdə də işləməyin mümkünlüyünü isbat etdilər. İkincisi isə, Hippokrat andına sədaqətlə xidmət edən Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı sözün əsl mənasında xalqımızın koronavirus müharibəsinin sınaqlarından uğurla çıxmasında mühüm rol oynamışdır. Azərbaycan həkimləri pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana bilmişdir.Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfərlə öz çıxışlarına həkimlərimizin qəhrəmanlıqlarını vurğulayıblar və onlara təşəkkürlərini bildiriblər. Əminliklə deyə bilək ki, pandemiya ilə mübarizə Azərbaycanın səhiyyəsini daha da gücləndirdi, daha çevik və daha peşəkar səhiyyə xidmətinin formalaşmasına səbəb oldu”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər