• cümə axşamı, 25 aprel, 06:18
  • Baku Bakı 14°C

Pandemiya dövründə Qurban bayramına hazırlıq və bayramın qeyd edilmə qaydaları - Video

30.07.20 09:45 509
Pandemiya dövründə Qurban bayramına hazırlıq və bayramın qeyd edilmə qaydaları - Video
İki gündən sonra Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Xalqımız koronavirus pandemiyası səbəbindən bu dini bayramı əvvəlki illərdən fərqli qeyd edəcək. Artıq Qurban bayramının keçirilməsi, qurbanlıq heyvanların alınması və kəsilməsi ilə bağlı qaydalar da müəyyənləşdirilib.
Azərbaycan Televiziyasının (AzTV) "Hədəf” proqramında Qurban bayramına hazırlıq işləri və pandemiyanın yaratdığı yeni qaydalar müzakirə olunub. Verilişin qonaqları, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qəbələ bölgəsi üzrə qazısı Ceyhun Rüstəmov Qurban bayramının keçirilməsi ilə əlaqədar müəyyənləşdirilən qaydalardan danışıblar. Bildirilib ki, dövlət səviyyəsində qeyd olunan Qurban bayramı bu il də baş tutacaq. Sadəcə pandemiya səbəbindən insanlar bayramı bir qədər fərqli qeyd etməli olacaqlar. Belə ki, koronavirusa yoluxmamaq üçün qurbanlıqların alışı, kəsimi zamanı kütləvilik olmayacaq, kütləvi bayram namazı qılınmayacaq. İnsanlara bayramlaşmanın da kütləvi edilməməsi tövsiyə edilib.
Verilişi tam olaraq "YouTube” kanalımızdan izləyə bilərsiniz:
banner

Oxşar Xəbərlər