• cümə, 19 Aprel, 15:52
  • Baku Bakı 25°C

Pandemik depressiya

18.08.20 16:31 2765
Pandemik depressiya

Dünyada koronavirusla bağlı gərginlik bir qədər səngisə də, xəstəlik hələ də təhlükə mənbəyi kimi qalır. Dünyaca məşhur "Foreign Affairs” nəşrinin "Pandemik depressiya” başlıqlı məqaləsində qeyd edilir ki, pandemiya dünya dövlətlərində görünməmiş formada müdafiə reaksiyasını doğurdu. Bu vəziyyətdə hökumətlər səylərini gücləndirməli oldular - izolyasiya rejiminin gücləndirilməsindən tutmuş səfərlərə qadağalara qədər. Əhali arasında infeksiyasının sürətlə yayılmaması üçün əllərindən gələni etməklə yanaşı, tibbi resursların əlçatan olmasına nail olundu. Əhalinin sağlamlığının qorunması, bu və ya digər tədbirləri maliyyələşdirmək məqsədilə hökumətlər görünməmiş dərəcədə öz iqtisadi resurslarını istifadə etməyə məcbur oldular. Bununla belə, pandemiya əksər ölkələrin iqtisadiyyatına mənfi təsir edir və etməkdədir. Koronavirus epidemiyası dünya iqtisadiyyatı və maliyyə bazarları üçün əsas təhdidlərdən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyanın ən azı 110 ölkəsində insanlar virusa yoluxub. Müəllif yazır ki, 2008-ci ildə başlayan maliyyə böhranı əsas etibarilə 11 inkişaf etmiş ölkələrin bank sferasına zərbə vurdu. Pandemiya isə iqtisadiyyatın irimiqyaslı ixtisarına gətirib çıxardı. Ən təhlükəlisi odur ki, bunun ardınca yeni maliyyə böhranı baş verə, daha sonra korporasiyaların müflis olması, borclanmanın artması reallaşa bilər. Dünya Bankının hesablamalarına görə, pandemiya nəticəsində tam yoxsul vəziyyətinə düşən insanların sayı minimum 60 mln-a çatacaq. Proqnoz belədir ki, bir çox ölkələrdə iqtisadi vəziyyətin ağırlaşması dünya iqtisadiyyatının funksiyalaşmasında çətinliklərə və qloballaşma prosesinin dayanmasına gətirəcək. Dünya Bankının analitik rəqəmlərinə görə, 2020-ci ildə dünya iqtisadiyyatı 5,2 faiz azalacaq.
Koronavirus pandemiyasının əksər ölkələrin iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərəcəyi artıq hamıya məlumdur. Bununla belə, pandemiyanın hər gün daha geniş ərazidə yayılma tendensiyası post-pandemiya dövründə dünya ölkələrinin iqtisadiyyatında yaranacaq problemlərin müxtəlifliyi ilə bağlı suallar yaradır. Harvard Universitetinin iqtisadçısı Kennet Roqoff pandemiya sonrası dünya iqtisadiyyatının 2008-ci ildə baş verən maliyyə böhranından daha böyük bir böhrana gedəcəyini güman edir.
"JP Morgan” bankının Qlobal İqtisadi Araşdırmalar bölməsinin baş iqtisadçısı Brus Kasman dünya ölkələrinin iqtisadiyyatını araşdıraraq, pandemiyanın ən kəskin mənfi təsirlərinin müşahidə olunacağı ölkələri açıqlayıb. Koronavirusun yayılması ilə bağlı narahatlıq bütün dünya bazarlarına da təsir edir. Belə ki, səhmlərin qiyməti enir, istiqrazların gəlirliliyi azalır və s. Koronavirus epidemiyasının yayılmasına görə, böyük institutlar və banklar dünya iqtisadiyyatının artması ilə bağlı proqnozlarını aşağı salıblar. Dünya iqtisadiyyatı ilə bağlı proqnozunu aşağı salan son təşkilatlardan biri də OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) idi. OECD analitikləri mart ayında hazırladıqları hesabatda dünyanın bütün iqtisadiyyatları üçün 2020-ci il böyümə proqnozlarını aşağı endiriblər.
Dünyada istehsal fəaliyyətinin azalması neftə olan tələbin aşağı düşməsinə səbəb oldu, eyni zamanda neftin qiyməti də endi. Analitiklər isə deyir ki, qiymətlərdəki enmə OPEC+ ölkələrinin neft hasilatını azaltmaq üçün yeni bir saziş üzərində razılığa gələ bilməməsindən əvvəl başlayıb. Virusun əsas mərkəzi olan Çin, eyni zamanda dünyanın ən böyük neft idxalçısıdır. COVID-19 virusunun yayılması ilə əlaqəli qorxu və həyəcan investorların da düşüncəsinə mənfi təsir edib, bu da əsas bazarlarda səhmlərin qiymətinin kəskin enməsinə gətirib çıxarıb. Analitiklər deyirlər ki, epidemiyanın yayılması bazarlara üç istiqamətdə təsir edə bilər: Çində işgüzar fəaliyyətin enməsi, yerli bazarda fəaliyyətin azalması və maliyyə bazarlarında stress.
Turizm hazırda dünya iqtisadiyyatının ən böyük sahələrindən biridir, onun gəlirləri 5,7 trilyon dollara çatır. Bu sferada 319 milyon insan çalışır, bu isə planetin bütün işləyən əhalisinin 10%-i deməkdir. Elə buna görə də, epidemiyanın yayılmasının ən böyük təsiri bu sektorda müşahidə olunub. İndi turizm sektorunda ixtisarlar müşahidə olunur. Bu, istər işgüzar səyahət, istərsə də əyləncə sektorunda səyahətlərin ləğvi ilə bağlıdır.
Yeri gəlmişkən, İtaliya, İspaniya və Fransa kimi üzv dövlətlərin epidemiyaya qarşı mübarizə apardıqları Avropa İttifaqının iqtisadiyyatı da pandemiyadan ağır zərbə alıb. Aİ iqtisadiyyatı koronavirus səbəbiylə 3,5 faiz daralıb. Epidemiyaya məruz qalan ölkələrdən biri olan Fransanın iqtisadiyyatı ilk rübdə 5.8 faiz enib. Fransadakı bu daralma İkinci Dünya Müharibəsindən sonra ən sərt eniş sayılır. Koronavirusun təsiri uzaq Şərqi Asiya ölkələrində fərqlidir. Birinci rübdə Sinqapur iqtisadiyyatı 10,6 faiz nisbətində daralsa da, İndoneziya birinci rübü 2.97 faiz böyümə ilə yekunlaşdırıb. Sinqapurda 2009-cu ildən bəri ən pis ÜDM-in daralması qeydə alınıb. İlk rübü təxminən 3 faiz böyümə ilə yekunlaşdıranİndoneziya vəziyyətindən məmnun deyil. Çünki iqtisadi artımı epidemiya səbəbiylə 2.97-ə enən İndoneziya 2001-ci ildən bəri ən zəif böyüməsini qeyd edib.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər