• cümə, 26 Aprel, 21:31
  • Baku Bakı 22°C

Pan Gi Mun: “Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir”

28.05.16 18:03 1064
Pan Gi Mun: “Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibiPan Gi Mun28 May – Respublika Günü münasibətiləAzərbaycan prezidentiİlham Əliyevətəbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:"Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram. HazırdaBMTdaha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.

Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır.BMTmüxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır.

Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizinBMTilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram”.
banner

Oxşar Xəbərlər