• şənbə, 20 Aprel, 16:40
  • Baku Bakı 23°C

Pamuk yoxsa Oe?!

14.03.16 10:00 1841
Pamuk yoxsa Oe?!
Ötən il mükafatı çox az bal fərqi ilə uduzan italyan yazar Elena Ferrantenin də yer aldığı beynəlxalq nüfuzlu “Man Booker” ədəbi mükafatının builki sahibliyi üçün mübarizə aparanların son siyahısında dünya ədəbiyyatının iki nəhəng imzasının adı yer alıb. “Guardian”-ın xəbərində bildirilir ki, ingilis dilində yazılmış və ya bu dilə tərcümə olunmuş ən yaxşı əsər üçün verilən mükafatın son mərhələsi olduqca maraqlı olacaq. Mükafat uğrunda mübarizəyə qoşulmuş 155 müəllif arasından 13-nün adının yer aldığı qısa siyahıda iki Nobel mükafatlı yazıçı – Orxan Pamuk və Kenzaburo Oe – da var. Orxan Pamuk “Kafamdakı tuhaflık”, Kenzaburo Oe isə “Sudan gələn ölüm” əsəri ilə mübarizəyə qoşulub. 13 nəfərlik qısa siyahıda təmsil olunan digər müəlliflər də Pamuk və Oedən geri qalmır.
Fiston Mvanza (“Tram 83”), Aki Ollikainen (“White hunger”), Xen Kanq (“The Vegetarian”), Yan Lianke (“The four books”) kimi müəlliflər mübarizə aparacağı son mərhələ olduqca həyəcanlı keçəcək. Mükafatın builki münsiflər heyətinin rəhbəri Tahmima Anam açıqlamasında bildirib: “münsiflərin seçdiyi 13 kitabdakı hekayələr Braziliyadan İndoneziyaya, Finlandiyadan Cənubi Koreyaya qədər uzanır. Seçim sərhədlərimiz həddindən artıq geniş coğrafi arealı əhatə edir. Bu gün nəsr sahəsində rəqabət o qədər güclüdür ki, seçim etmək olduqca çətin olur. Mən bu 13 əsərin ən yaxşısı olduğuna inanıram. Hər biri olduqca güclü nəsr nümunəsidir. Bundan sonra isə işimiz daha da çətinləşəcək. Amma bircə məsələdə sevinirəm ki, ingilisdilli oxucular olduqca şanslıdır”.
banner

Oxşar Xəbərlər