AZE | RUS | ENG |

Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi

Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi
Ekspert: Bunun hesabına istehsalı artırmaq iqtisadi cəhətdən daha səmərəlidir

Artıq bir necə gündür bəzi pambıqçılıq rayonlarında əl ilə pambıq yığımına başlanılıb və yaxın günlərdən etibarən kombayınlar vasitəsi ilə kütləvi yığım prosesinə start veriləcək.

"Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bu günlərdə keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən "Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım həyata keçiriləcək. Eyni zamanda, pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: "Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsi ilə 100 min hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə Azərbaycanda 21 rayonda 100 min 112 hektar sahədə pambıq əkini həyata keçirilib. Bunun 96 min 241 hektarı hüquqi şəxslərə, 3 min 871 hektarı fiziki şəxslərə məxsusdur”.
 
Yeddi ayda pambıq mahlıcı və iplik ixracı 75 faiz artaraq 100 milyon ABŞ dollarına çatıb

Ekspert Cəfər İbrahimli AZƏRTAC-a açıqlamasında bu sahənin ixracda, eləcə də qeyri-neft sektorunun inkişafında oynadığı önəmli roldan danışıb.

Onun sözlərinə görə, cari ildə pambıq sahələrinin azalmasına baxmayaraq, bu il məhsuldarlığın artırılması hesabına ən az 2018-ci ildəki qədər məhsul tədarük edilməsi gözlənilir: "Əslində əkin ərazilərinin artırılması ilə deyil, məhsuldarlığın yüksəldilməsi hesabına istehsal həcmini artırmaq iqtisadi cəhətdən daha səmərəlidir. Son illərdə məhsuldarlığa paralel olaraq ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım müşahidə edilib. Belə ki, 2019-cu ilin ilk 7 ayı ərzində ixrac məhsulları arasında təminən 100 milyon ABŞ dolları həcmində pambıq mahlıcı və iplik ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir. Ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb və bu qrup malların ümumi ixracının təxminən 10 faizini təşkil edir. Ən böyük ixracatçı şirkətlərin sıralanmasına nəzər salsaq, pambıq tədarükü ilə məşğul olan əksər şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir”.

Ekspert qeyd edib ki, pambıqçılığın inkişafı yüngül sənaye müəssisələrinin fəaliyyətinin bərpasına və yenilərinin yaradılmasına səbəb olacaq. Nəticədə isə daxili bazarın bu mallara olan təlabatı yerli istehsal hesabına qarşılanacaq, idxal azalacaq.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973