• cümə axşamı, 18 aprel, 15:14
  • Baku Bakı 22°C

Pambıq qəbulu məntəqələri yenidən qurulur

12.08.17 09:20 1295
Pambıq qəbulu məntəqələri yenidən qurulur
Sabirabadda pambıqçılığın sürətli inkişafı və məhsul istehsalının artırılmaslı ilə əlaqədar olaraq pambıq qəbulu məntəqələri də yenidən qurulur.
AZƏRTACxəbər verir ki, təmir və yenidənqurma işlərinə ilk olaraq rayonun Moranli və Qaratəpə kəndlərindəki məntəqələrdən başlanılıb. Altı min ton xam pambıq qəbul etmək gücünə malik olan məntəqələrdə təmir işlərinə ötən ayın əvvəllərindən start verilib. Hər biri 10 hektar ərazini əhatə edən məntəqələrdə pambıq tayaları üçün 18 ədəd meydança, inzibati bina, laboratoriya və 30-a yaxın yardımçı tikili inşa edilir. Məntəqələrə elektrik, su və kanalizasiya xətləri çəkilib, yanğın mühafizəsi üçün avadanlıqlar və istilik sistemi qurulur. Pambıq qəbulu məntəqələri ən müasir avadanlıqlarla təchiz olunur. Təmir işləri başa çatdıqdan sonra Moranli, Qaratəpə və qonşu kəndlərin pambıqçıları üçün heç bir çətinlik qalmayacaq.
"MKT İK” MMC-nin Sabirabad filialının direktoru Yunis GözəlovAZƏRTAC-a bildirib ki, rayonda pambıq istehsalının ilbəil artması ilə əlaqədar gələcəkdə daha bir neçə pambıq tədarükü məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər