AZE | RUS | ENG |


Pambıq qəbulu məntəqələri yenidən qurulur

Pambıq qəbulu məntəqələri yenidən qurulur
Sabirabadda pambıqçılığın sürətli inkişafı və məhsul istehsalının artırılmaslı ilə əlaqədar olaraq pambıq qəbulu məntəqələri də yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, təmir və yenidənqurma işlərinə ilk olaraq rayonun Moranli və Qaratəpə kəndlərindəki məntəqələrdən başlanılıb. Altı min ton xam pambıq qəbul etmək gücünə malik olan məntəqələrdə təmir işlərinə ötən ayın əvvəllərindən start verilib. Hər biri 10 hektar ərazini əhatə edən məntəqələrdə pambıq tayaları üçün 18 ədəd meydança, inzibati bina, laboratoriya və 30-a yaxın yardımçı tikili inşa edilir. Məntəqələrə elektrik, su və kanalizasiya xətləri çəkilib, yanğın mühafizəsi üçün avadanlıqlar və istilik sistemi qurulur. Pambıq qəbulu məntəqələri ən müasir avadanlıqlarla təchiz olunur. Təmir işləri başa çatdıqdan sonra Moranli, Qaratəpə və qonşu kəndlərin pambıqçıları üçün heç bir çətinlik qalmayacaq.

"MKT İK” MMC-nin Sabirabad filialının direktoru Yunis Gözəlov AZƏRTAC-a bildirib ki, rayonda pambıq istehsalının ilbəil artması ilə əlaqədar gələcəkdə daha bir neçə pambıq tədarükü məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008