• cümə axşamı, 18 aprel, 05:52
  • Baku Bakı 15°C

Pakistanın Hərbi Hava Qüvvələri komandanı Azərbaycana gəldi

17.04.14 09:28 1153
Pakistanın Hərbi Hava Qüvvələri komandanı Azərbaycana gəldi
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edib.
Sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.
Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.
banner

Oxşar Xəbərlər