• çərşənbə, 24 Aprel, 02:36
  • Baku Bakı 14°C

Pakistandakı alpinistlərimiz səfirliyimizə təhvil veriləcək

24.06.13 14:07 1247
Pakistandakı alpinistlərimiz səfirliyimizə təhvil veriləcək
“Pakistandakı Nanqa Parbat zirvəsinə ekspedisiyada olan, son anda ölümdən dönən alpinistlərimiz bir saatdan sonra Pakistan təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən Azərbaycanın İslamabaddakı səfirliyinə təhvil veriləcək”. Bunu Lent.az-a açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
Səfir bildirib ki, 3 azərbaycanlı alpinistlə yanaşı, 2 gürcü alpinist də Pakistandakı səfirliyimizə təhvil veriləcək: “Alpinistlərimiz ya sabah, ya da iyunun 26-da müvafiq reyslə Azərbaycana yola salınacaq”.
Xatırladaq ki, Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olmuşdu. “Cindullah” qruplaşmasının hücumu nəticəsində 10 alpinist öldürülmüşdü.
banner

Oxşar Xəbərlər