• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Pakistanda prezident seçkiləri keçirilir

30.07.13 07:46 1340
Pakistanda prezident seçkiləri keçirilir
Hazırkı dövlət başçısı Asif Əli Zərdarinin prezidentlik dövrü sentyabrın 8-də qurtarır.
May ayında parlamentə keçirilən seçkilərdə üzvü olduğu Pakistan Xalq partiyası məğlub olduqdan sonra Zərdari prezidentliyə namizədliyini irəli sürməkdən imtina edib.
Prezidenti 706 parlamentari – yuxarı palatanın 104, aşağı palatanın 342 üzvü və əyalət parlamentlərinin 260 deputatı seçəcəklər.
Namizədlər arasında Pakistan Müsəlman liqasının üzvü Məmnun Hüseynin şansları daha yüksək qiymətləndirilir. Liqanın lideri Nəvaz Şərif ölkənin baş naziridir. Pakistan Müsəlman liqası may ayında keçirilən seçkilərdə qalib gəlib.
banner

Oxşar Xəbərlər