• çərşənbə axşamı, 23 aprel, 14:40
  • Baku Bakı 24°C

Pakistanda öldürülmüş alpinistlərdən 4-nün kimliyi açıqlanıb

24.06.13 08:53 1364
Pakistanda öldürülmüş alpinistlərdən 4-nün kimliyi açıqlanıb
APA-nın məlumatına görə, şəxsiyyətləri dəqiqləşdirilən şəxslərdən ikisi Çin, biri Nepal, biri ABŞ vətəndaşıdır. ABŞ səfirliyi artıq öldürülənlərdən birinin amerikalı olduğunu təsdiqləyib. Faciənin digər qurbanlarının milliyyəti ilə bağlı fərqli fikirlər səsləndirilir. BBC telekanalı hadisə zamanı 5 Ukrayna, 3 Çin və 1 Litva vətəndaşının öldürüldüyü, bir Çin vətəndaşının isə sağ qaldığı barədə xəbər yayıb. Ukraynanın Pakistandakı səfiri bu ölkənin beş vətəndaşının qətlə yetirilməsi xəbərini təsdiqləyib.
Qeyd edək ki, faciə Feyri-Midouz dağ kurort zonasında, Nanqaparbat dağının ətəyində qurulmuş çadır şəhərciyində baş verib. 10-12 silahlı turistləri çölə çıxararaq onları güllələyiblər. Terror aktına görə, məsuliyyəti ilk öz üzərinə “Cundullah” terror qruplaşması götürsə də, sonradan “Tehriki Taliban Pakistan” qruplaşması hadisəni qruplaşmaya daxil olan “Cunud ul-Xifa” terrorçularının törətdiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər