Pakistanda kilsəyə hücum nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Bu gün Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlıların kilsəyə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 16 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə "Dawn" qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.
Hücum zamanı kilsədə 400 nəfər olub.