• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

Pakistan XİN rəhbəri: “Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində ortaq mövqedən çıxış etməlidir”

30.11.17 14:00 2351
Pakistan XİN rəhbəri: “Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində ortaq mövqedən çıxış etməlidir”
"Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək”.
APA-nın məlumatına görə, bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: "Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşahavaxətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir,Dağlıq Qarabağvə Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir”.
banner

Oxşar Xəbərlər