• cümə axşamı, 18 aprel, 14:21
  • Baku Bakı 22°C

Pakistan Observer: Azərbaycanda turizm bumu yaşanır

10.04.18 13:40 729
Pakistan Observer: Azərbaycanda turizm bumu yaşanır
Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət ayırır.
Trend-in məlumatına görə, bu barədə "Pakistan Observer” qəzetində dərc olunan "Azərbaycanda turizm bumu yaşanır” adlı məqalədə yazılıb.
Müəllif qeyd edir ki, ölkədə turizmin inkişafı üçün zərurir təbii və coğrafi potensiala malikdir, sakinlər isə qonaqpərvər və mehribandır: "Turistləri Azərbaycanda BakıŞirvanşahlar sarayı, Bakı bulvarı, Abşeron yarımadasındakı palçıq vulkanları, atəşpərəstlərin məbədi və digər çoxsaylı görməli yerlər cəlb edə bilər”.
Məqalədə xüsusi diqqət regionlarda yeni turizm infrastrukturunun tikintisinə, tarixi-mədəni abidələrin və qoruqların bərpasına yönəlib.
Qeyd olunur ki, turizmin inkişafı ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və məşğulluğun artmasına töhfə verir.
Müəllif həmçinin Azərbaycanın müasir memarlığına diqqət ayırıb. Məqalədə xüsusilə qeyd olunur ki, müasir Azərbaycanın və Bakının rəmzi olan Heydər Əliyev Mərkəzində müxtəlif iri sərgilərlə tanış olmaq olar:
"Mərkəzdə yerləşən muzeydə Azərbaycan tarixinin müxtəlif dövrləri ilə tanış olmaq olar. Burada həmçinin Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərinə aid olan vəsaitlər yer alıb. Məsələn, muzeydə qədim sənət nümunələrini, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin işlərini görmək olar”.
banner

Oxşar Xəbərlər