• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Pakistan mediası Azərbaycandakı tolerantlıqdan yazıb

10.04.14 13:32 926
Pakistan mediası Azərbaycandakı tolerantlıqdan yazıb
Diaspor Jurnalistləri Birliyi (DJB) xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliği işini davam etdirir. DJB təmsilçiləri Fuad Hüseynzadə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” adlı növbəti məqalə Pakistanın dövlət qəzeti “Daily Parliament Times”da nəşr olunub.
DJB mətbuat xidmətindən “Kaspi”yə verilən məlumata görə, məqalədə qeyd olunub ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir: “Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002 ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.
Yazıda bildirilib ki, Azərbaycan dövləti tərəfindən yalnız İslama aid deyil, digər dinlərə məxsus abidələr də bərpa edilib qorunur: “Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür. O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır”.
Məqalədə qeyd olunub ki, bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələri də qorunur: “Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Ermənilər abidlərimizə vandalizm siayasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur”.
Məqaləni bu linkdən oxumaq olar: dailyparliamenttimes.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=07-04-2014
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər