AZE | RUS | ENG |


Pakistan lideri Azərbaycan prezidentinə məktub göndərib

Pakistan lideri Azərbaycan prezidentinə məktub göndərib
Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.
 
APA-nın məlumatına görə, məktubda deyilir:
 
"Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan hökuməti və xalqı adından sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim. Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır. Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək. Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022