• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

Pakistan diplomatı: “Kəşmir və bu kimi problemlər BMT qətnamələri əsasında həll edilməlidir”

27.10.16 13:49 896
Pakistan diplomatı: “Kəşmir və bu kimi problemlər BMT qətnamələri əsasında həll edilməlidir”
Pakistanın Azərbaycandakı səfirliyində Kəşmir münaqişəsi mövzusunda mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, Pakistanın müvəqqəti işlər vəkili Mubashar Əhməd Tahir bildirib ki, 69 il əvvəl - 1947-ci il oktyabrın 27-də Kəşmir Hindistan tərəfindən işğal olunub. O deyib ki, oktyabrın 27-si ölkəsində matəm günüdür.
Diplomat Kəşmir və Dağlıq Qarabağ münaqişələrinin bir-birinə bənzədiyini söyləyib: "Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana daim dəstək olub. Bu münaqişədə Azərbaycan haqlı tərəfdir”.
M. Ə. Tahir qeyd edib ki, bu yaxınlarda Kəşmirdə vəziyyət yenidən gərginləşib: "Hindistan dinc əhalinin səsini batırmaq üçün güc tətbiq edir. Hətta qadağan edilmiş güllələrdən istifadə olunur. Kəşmir əhalisiBMTqətnamələrinə əsasən öz müqəddəratını təyin etmək istəyir. Buna görə də güc tətbiqinə başlanılıb. Biz beynəlxalq ictimaiyyəti Kəşmir münaqişəsinin həllinə dəstək verməyə çağırırıq. Kəşmir və bu kimi problemlərBMTqətnamələri əsasında həll edilməlidir.BMTqətnamələrində göstərilib ki, Kəşmir münaqişəsi sülhlə həll edilməlidir. Pakistan heç vaxt demir ki, Kəşmir Pakistanındır. Sadəcə, Kəşmir əhalisi öz müqəddəratını özü təyin etməlidir. Bu münaqişədən milyonlarla insan əziyyət çəkir. Lakin Hindistan öz əməllərindən əl çəkmir. Kəşmirin əhalisi müsəlmanlardan ibarətdir. Hindistan Kəşmirdə demoqrafik vəziyyəti də dəyişməyə çalışır”.
Qeyd edək ki, Kəşmir münaqişəsi 1947-ci ildə Hindistan ərazisində yeni dövlətin yaranması zamanı təşəkkül tapıb. Nəticədə 1947-48-ci ildə birinci Hindistan-Pakistan müharibəsi baş verib.
banner

Oxşar Xəbərlər