• cümə, 19 Aprel, 15:41
  • Baku Bakı 25°C

Pakistan bu gündən beynəlxalq uçuşları bərpa edir

30.05.20 13:30 524
Pakistan bu gündən beynəlxalq uçuşları bərpa edir
Mayın 30-dan Pakistanın bütün hava limanlarından beynəlxalq uçuşlar bərpa edilir.
AZƏRTACxəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə mart ayında bütün hava limanları bağlanmışdı.
Mayın 7-də Pakistan hökuməti özünütəcrid rejimini ləğv edib, 16-da isə daxili reysləri bərpa edib.
Son məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 64 mindən çoxdur. Pandemiya dövründə 1317 adam ölüb, 40 min xəstə müalicə kursu keçir.
banner

Oxşar Xəbərlər