• cümə, 19 Aprel, 15:55
  • Baku Bakı 25°C

Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır

05.09.19 15:53 936
Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır
Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Pakistanın Xayber-Pahtunva əyaləti Ticarət-Sənaye Palatasının rəhbəri Feyzi Məhəmməd deyib.
O qeyd edib ki, Pakistan əsasən investisiya və turizm sahələrində Azərbaycanla əməkdaşlığın genişlənməsinə ümid edir:
"Bakıya Pakistan biznesinin 150 nümayəndəsindən ibarət heyət gəlib. Biz istehsal, ticarət və energetika sahələrində azərbaycanlı tərəfdaşlarımızla görüşlər keçirməyi planlaşdırırıq. Bizim üçün prioritet investisiya və turizm sahələrində əməkdaşlığın genişlənməsidir, çünki bu sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial mövcuddur və bundan istifadə etmək lazımdır”.
banner

Oxşar Xəbərlər