• çərşənbə, 24 Aprel, 19:11
  • Baku Bakı 23°C

PA rəsmisi: “Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb”

17.01.17 12:50 850
PA rəsmisi: “Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb”
"Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb”.APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli "Azərbaycan” qəzetində dərc edilən "2017-ci ildə Azərbaycanın xarici siyasətinin yeni üfüqləri” başlıqlı məqaləsində bildirib.
Ə. Həbibbəyli qeyd edib ki, hazırda dünyada bütün sahələrdə ən yüksək inteqrasiya səviyyəsininAvropa İttifaqı(Aİ) çərçivəsində olduğu şübhəsizdir: "Bu ittifaq Avropa ölkələrinin öz müstəqilliklərini saxlamaqla, ortaq dəyər daşıyıcısı birliyidir. Formalaşmasına hələ keçən əsrin ortalarından başlanan Aİ sosialist düşərgəsinin dağılmasından sonra Şərqə doğru genişlənib. Eyni zamanda "Qoca qitə”nin şərqindəki bir çox qonşuları da bu məkana can atıb. Bu mənada Türkiyənin Aİ ilə münasibətləri xüsusi fərqləndirilməlidir. Türkiyə uzun illərdir ki, bu təşkilata üzv kimi buraxılmır. Halbuki iqtisadi parametrlərinə, qanunvericiliyin Qərb standartlarına uyğunluğuna və bir çox başqa göstəricilərinə görə Aİ-nin yeni üzvləri heç də Türkiyəni üstələmir. Bu ayrı-seçkilik Aİ-nin təkcə siyasi, iqtisadi, mədəni birlik olmadığına, eyni zamanda vahid dini dəyərlərin daşıyıcısı olmasına əsaslanır. Belə görünür ki, Avropa yalnız öz dəyər daşıyıcılarının bu məkana inteqrasiyasını arzulayır.Azərbaycanın müstəqilliyin ilk illərindən Avropa təsisatları, daha geniş mənada isə Avrotlantik institutlarla əməkdaşlığı, o cümlədən yaxınlaşması təbii bir proses idi. Yeni yaranmış bir dövlət çox şaxəli xarici siyasətə üstünlük verir və bütün istiqamətlərdə mövcud imkanlardan istifadə edir. Bu mənada Aİ ilə də münasibətlərdə böyük yol keçilibvə bu əməkdaşlıq getdikcə dərinləşir.Lakin hazırda AzərbaycanlaAvropa İttifaqıarasında münasibətlərin əsas prinsipi bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla, öz müstəqil xarici siyasi kursunu bəyan edib”.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini qeyd edib ki, Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir, müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir: "Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Qərblə Şərq, eləcə də Şimalla Cənub arasında mühüm enerji və nəqliyyat dəhlizinə çevrilib. Bütün tərəflərlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edən respublikamız böyük layihələrin təşəbbüskarıdır. Prezidentİlham Əliyevtərəfindən aparılan xarici siyasət 2017-ci ildə də ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əsasda yeni nailiyyətlərə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətin bərpa olunmasına nail olacaq”.
banner

Oxşar Xəbərlər