• cümə axşamı, 25 aprel, 05:16
  • Baku Bakı 19°C

PA-nın işçiləri üçün daha bir yaşayış binası tikiləcək

25.04.18 14:15 729
PA-nın işçiləri üçün daha bir yaşayış binası tikiləcək
Bakı şəhər İcra HakimiyyətiPrezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.
banner

Oxşar Xəbərlər