• şənbə, 20 Aprel, 17:02
  • Baku Bakı 23°C

“Oyuq”çulara təşəkkürnamə

12.04.19 16:56 668
“Oyuq”çulara təşəkkürnamə
Tamaşa və konsertlərdə iştirak, sosial aksiyalarda təşkilatçılıq ilə yanaşı təhsil, təlim-tərbiyyı ilə bağlı irimiqyaslı layihələrdə də yaxından iştirak edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq” teatr-studiyasının növbəti addmı da müsbət qarşılanıb.
Belə ki, studiya fəalları Təhsil Nazirliyi, "ADA” Universiteti və "Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə "First Lego League Azerbaijan” (FLL) mühəndislik və robot texnikası olimpiadasında iştirak edib.
10-16 yaşlı məktəblilərdən ibarət 30 komandanın - "Əsas dəyərlər”, "Robot dizaynı”, "Layihə təqdimatı” və "Robot oyunu” adlı 4 kateqoriya üzrə - bilik və bacarıqlarını nümayiş etdirdikləri layihənin əsas tədbirində iştirak edən istedadlı "Oyuq”çular təşkilatçılar tərəfindən fərqləndiriliblər.
Belə ki, onlar Təhsil Nazirliyi, "ADA”Universiteti və "Mars Academy”nin təşkilatçılığı ilə təşkil edilmiş "İnto Orbit” mövzulu yerli turnurundə göstərdikləri köməyə görə Təhsil naziri və universitet rəhbərinin imzası ilə təşəkkürnamə ilə təltif olunublar.
Tədbirin aparıcısı İlahə Şıxlınskayanın istedadlı uşaq və yeniyetmələrin özünü realizə imkanlarına şərait yaradılması baxımından "Oyuq” teatr-studiyasının da maraqlı layihələrə imza atdığını qeyd edib. Universitet ilə teatr-studiyasının ilk əməkdaşlığının uğurlu olduğunu və bu kimi layihələrdə elm və incəsənət sahələrində kövrək addımlarını atan uşaq və yeniyetmələrin bir araya gəlməsinin yaxşı ənənə olduğunu əlavə edib.
banner

Oxşar Xəbərlər