• cümə axşamı, 25 aprel, 09:52
  • Baku Bakı 14°C

Oyunun vaxtı dəyişdi, Klopp qəzəbləndi

17.03.18 13:10 698
Oyunun vaxtı dəyişdi, Klopp qəzəbləndi
"Liverpul”un baş məşqçisi Yurgen Klopp təqvimdən narazılıq edib.
Kaspi.az xəbər verir ki, Kloppu narazı salan məqam təqvimin dəyişdirilməsidi. Premyer Liqanın 33-cü turunda keçiriləcək "Everton”la qarşılaşma aprelin 8-dən 7-sinə keçirilib.
Özü də qarşılaşma gündüz erkən saatda baş tutacaq. "Liverpul” aprelin 4-də və 10-da "Mançester Siti” ilə Çermpionlar Liqasının 1/4 final qarşılaşmalarını da keçirməlidi. Klopp bu dəyişikliyə belə reaksiya verib:
"İndi mən çox qəzəbliyəm. "Everton”la oyunumuzu aprelin 8-dən 7-si saat 12:30-a keçiriblər. Aprelin 4-də biz "Siti” ilə oynayırıq. Üç gün sonra isə səhər saatlarında "Everton”la oyuna çıxacağıq.
Məni hansı vaxt qane edərdi? İstərdim ki, səhər saat 9-da oynayaq. Bu nədi? Oyunları normal vaxta salın. Səhər yeməyi zamanı oyun təyin etməyin”.
banner

Oxşar Xəbərlər