• çərşənbə, 24 Aprel, 08:12
  • Baku Bakı 13°C

“Oyundankənar vəziyyət hesabına qələbə qazanmağa öyrəşib”

05.02.19 12:20 604
“Oyundankənar vəziyyət hesabına qələbə qazanmağa öyrəşib”
İngiltərə Premyer Liqasının 25-ci turunda "Vest Hem” "Liverpul”u qəbul edib və qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Kaspi.az xəbər verir ki, oyundan sonra "Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini jurnalistlərin suallarını cavablandırıb. O, "Liverpul”un baş məşqçisi Yurgen Kloppun da ünvanına ironiyalı ifadə işlədib:
"Bunu mütləq qeyd etməliyəm ki, Klopp oyundankənar vəziyyət hesabına qələbə qazanmağa öyrəşib. Onun "Borussiya”sı mənim "Malaqa”mı 7 metrlik oyundankənar vəziyyət hesabına məğlub etdi.
Ona görə də, onun nədənsə narazılıq etməyə haqqı yoxdur. Biz pis oynamadıq, hətta deyərdim ki, qələbəyə layiq idik. Elə ona görə də, narazı mən olmalıyam”.
banner

Oxşar Xəbərlər