• cümə axşamı, 28 mart, 22:33
  • Baku Bakı 13°C

“Çox təəssüf ki, bu şöhrət məni dəyişmədi“

28.01.14 13:44 1135
“Çox təəssüf ki, bu şöhrət məni dəyişmədi“
Müğənni Xatirə İslam həyatında ilk dəfə ad gününü qeyd edəcək
Axşam.az xəbər verir ki, sənətçi “Lider” telakanalında yayımlanan “Solo” verilişinə açıqlamasında dostları üçün qonaqlıq verəcəyini bildirib:
“Heç vaxt ad günü keçirməmişəm, utanıram. Bu, mənim təmtəraqlı şəkildə qeyd edəcəyim ilk və sonuncu ad günü olacaq. Məqsədim hədiyyə yığmaq deyil, dostlarımı bir araya yığıb qonaqlıq verməkdir”.
Xatirə pul xətrinə yanında olanları sevmədiyini bildirib:
“Çox təəssüf ki, bu şöhrət məni dəyişmədi. İstər ailəm, istər dostlarım arasında xəyanəti bağışlamıram. Bir də xoşlamıram, mənə pul mənbəyi kimi baxanları sevmirəm. Yanımda kim varsa, onlar pul xətrinə dayanmasınlar. Çalışdığım insanlara haqlarını verməyi unutmuram. Amma mənimlə məqsədli çalışanlar olanda inciyirəm”.
banner

Oxşar Xəbərlər