• cümə, 19 Aprel, 01:06
  • Baku Bakı 18°C

Overmars qazona uzandı, Van der Sar təpik atdı

17.04.19 13:15 590
Overmars qazona uzandı, Van der Sar təpik atdı
"Ayaks” Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında Turində "Yuventus”a qalib gələrək (2:1) yarımfinala adlayıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan "Ayaks” cəbhəsində böyük şadyanalıq yaşanıb. Klub rəsmiləri də bu şadyanalığa qoşulublar.
Oyundan sonra "Ayaks”ın idman direktoru Mark Overmas holland azarkeşlərin olduğu tribunaya tərəf gedərək onları alqışlayıb. Əynində ağ köynək olmasına baxmayaraq, Overmas futbol oynadığı illəri yada salaraq, qazona uzanıb.
Overmars qazondan qalxarkən, "Ayaks”ın baş direktoru Van der Sar ona təpik vurub. Təbii, Mark onun bu hərəkətindən inciməyib. Baş verən hər şey uğurun yaratdığı emosiyaların təsiri olduğu üçün.
banner

Oxşar Xəbərlər