• cümə axşamı, 25 aprel, 08:18
  • Baku Bakı 14°C

Oğuzda “İslam Həmrəyliyi İli” çərçivəsində konfrans keçirilib

19.06.17 16:40 977
Oğuzda “İslam Həmrəyliyi İli” çərçivəsində konfrans keçirilib
Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 19-da "İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın bölgə şöbəsinin əməkdaşları, bələdiyyə sədrləri, məktəb direktorları, RİH başçısının kənd və qəsəbələr üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyasının Oğuz rayon Təşkilatının aktiv üzvləri, eləcə də gənclər iştirak ediblər.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski konfransı giriş sözü ilə açaraq rayondakı sabit dini durum barədə məlumat verib. Natiq, eyni zamanda ölkəmizdə dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb, buDQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz digər sahələrdə olduğu kimi dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. "Ancaq təəssüf ki, Azərbaycanın tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən, din pərdəsi altında gizlənən radikal qruplar da mövcuddur” - deyə Gündüz İsmayılov vurğulayıb. Sədr müavini dindən siyasi məqsədləri üçün istifadəyə çalışan, insanları radikallığa çağıran, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənələrinə, milli-mənəvi dəyərlərinə xələl gətirməyə çalışan qüvvələrə qarşı mübarizədə hər kəsin fəal olmasının zəruriliyini qeyd edib.
Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.
banner

Oxşar Xəbərlər