• cümə, 19 Aprel, 13:42
  • Baku Bakı 25°C

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.19 12:41 4427
Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.
Əlavə məlumat veriləcək.

banner

Oxşar Xəbərlər