• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

“Oğul, mən dünyanın ən xoşbəxt atasıyam”

04.12.18 10:35 509
“Oğul, mən dünyanın ən xoşbəxt atasıyam”
"Real”ın və Xorvatiya yığmasının futbolçusu Luka Modriç "Qızıl top” mükafatına sahib çıxıb.
Kaspi.az xəbər verir ki, jurnalistlər Luka Modriçin valideynlərinin də bu uğura münasibətini öyrəniblər. Modriçin valideynləri olduqca təsirli ifadələr işlədiblər. Stipe Modriç dünyanın ən xoşbəxt atası olduğunu vurğulayıb:
"Oğul, mən dünyanın ən xoşbəxt atasıyam. Sən mənim dahimsən. Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. Çox xoşbəxtəm.
Hər şey sənin əzmkarlığın, mübarizliyin sayəsində mümkün oldu. Anan, atan, bütün ailən səninlə qürur duyur”.
Modriçin anası Radoyka isə belə deyib: "Sən buna layiq idin. Qalib gələcəyinə çox inanırdım. Mən səni çox sevirəm”.
banner

Oxşar Xəbərlər