• şənbə, 27 Aprel, 04:18
  • Baku Bakı 14°C

Ot bağlamaları ilə yüklənmiş avtomobil yanıb külə döndü

15.08.13 12:32 1174
Ot bağlamaları ilə yüklənmiş avtomobil yanıb külə döndü
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Uğur Ələkbərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 12 radələrində rayon mərkəzində baş verib.
Beyləqan rayon sakini Əli Savalanova məxsus ZİL markalı avtomaşın ot bağlamaları ilə yüklü vəziyyətdə yoldan keçərkən elektrik naqillərinə toxunub və qısaqapanma nəticəsində alışma baş verib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Alovun qarşısı alınsa da, avtomobil yararsız hala düşüb, yaxınlıqdakı avtomobil qarajı da yanaraq sıradan çıxıb.
Ə. Savalanov 450 ədəd ot bağlamasını Beyləqan rayonundan Daşkəsənə satmaq üçün gətiribmiş.
banner

Oxşar Xəbərlər