AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Oskar”a namizəd olan filmlər açıqlanıb

“Oskar”a namizəd olan filmlər açıqlanıb

Mədəniyyət
15 Mart 2021, 19:00 765
Amerika Kino Sənətləri Akademiyası "Oskar”a namizəd olan filmlərin adını açıqlayıb. 
APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, mükafat uğrunda səkkiz film mübarizə aparacaq. 
Həmin filmlər bunlardır: Çlo Zhaonun "Köçərilər yurdu” (Nomadland, 2020); Floriana Zellerin "Ata” (The Father, 2020); Şaki Kinqin "İuda və qara məsih” (Judas and the Black Messiah, 2021); Devid Finçerin "Mank” (Mank, 2020); Li Ayzek Çunun "Minari” (Minari, 2020); Emirald Fennelin "Ümid vəd edən qız” (Promising Young Woman, 2020); Darius Marderin "Metalın səsi” (Sound of Metal, 2019); Aaron Sorkinin "Çikaqo yeddiliyinin məhkəməsi” (The Trial of the Chicago 7, 2020) ekran işləri.
Qeyd edək ki, rus rejissor Andrey Konçalovskinin "Əziz yoldaşlar” filmi "Oskar” mükafatının nominantlar siyahısına düşə bilməyib.