• cümə, 19 Aprel, 10:32
  • Baku Bakı 13°C

“Oskar” mükafatında yeni nominasiya

09.08.18 09:30 964
“Oskar” mükafatında yeni nominasiya
ABŞ Kino Akademiyasının İdarə heyəti "ən yaxşı populyar kino” nominasiyasında "Oskar” mükafatı təqdim edilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Kino Akademiyası rəhbərlərinin üzvlərə ünvanlanan məktubunda deyilir.
Onlar yeni nominasiyada seçim kriteriyalarını dəqiqləşdirməyiblər və bunun bir qədər sonra baş tutacağını bildiriblər.
Məktubda həmçinin qeyd olunur ki, "Oskar”ın elə də populyar olmayan nominasiyalar üzrə mükafatlandırma mərasimi TV ilə nümayiş olunmayacaq.
Həmçinin bildirilir ki, 92-ci mükafatlandırma mərasimi daha öncə müəyyən edildiyi kimi 2020-ci il fevralın 23-də deyil, fevralın 9-da baş tutacaq.
Eyni zamanda 2019-cu ilin mükafatlandırılma mərasiminin tarixində heç bir dəyişiklik edilməyib və tədbir fevralın 23-də Los-Ancelesdə baş tutacaq.
banner

Oxşar Xəbərlər